SON DƏQİQƏ
» » Birjalarda neftin kəskin ucuzlaşması...- İqtisadçı

Birjalarda neftin kəskin ucuzlaşması...- İqtisadçı

Tarix:

7-08-2019, 23:06

/ 1 221 dəfə oxundu.
Birjalarda neftin kəskin ucuzlaşması...- İqtisadçı

ABŞ-Çin ticarət qarşıdurması birjalarda neftin kəskin ucuzlaşması ilə müşayiət olunur.

GunAz.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. O bildirib ki, Beynəlxalq Energetika Agentliyinin neft bazarı ilə bağlı verdiyi yeni proqnozlar diqqət çəkir:

“Agentlik qeyd edir ki, ilin başlanğıcında 2019-cu il ərzində neftə gündəlik tələbin 1.560 milyon barrel artacağı proqnozu özünü doğrultmadı. Cəmi 1 milyon barrel artım oldu (proqnozdan 560 min barrel az). Əvəzində təklif daha sürətlə artır - OPEC üzv olmayan ölkələrin hesabına bazara daxil olan gündəlik əlavə təklif yaxın zamanlara 2.8 milyon barrelə çatacaq. Agentliyin ekspertləri əmindir ki, OPEC+ təklifi azaltmaq istiqamətində səyləri ilə qeyri-OPEC hesabına təklifin artımına əhəmiyyətli təsir göstərə bilməyəcək”.

İqtisadçı deyib ki, ABŞ-Çin ticarət müharibəsində olduğu bir vaxtda Yaponiya-Cənubi Koreya arasında ticarət savaşını daha da alovlandıracaq addımlar atılır:

“Səbəb Yaponiyanın C. Koreyanı "etibarlı ticarət tərəfdaşları" siyahısından çıxarmasıdır. Bu siyahıda olmağın üstünlüyü odur ki, Yaponiyadan ixrac zamanı hər hansı əlavə bürokratik prosedurlara ehtiyac olmur.

Atılan addım nəticəsində iyulda Yaponiyanın C.Koreyaya pivə ixracı 45 faiz, avtomobil ixracı isə 17 faiz azalıb.

Dünya mediasının yazdığına görə, münasibətlərin kəskinəşməsindən ən böyük zərbəni Samsunq Elektronik, SK Hynix Inc və LG Displey kimi nəhənglər də ala bilər. Çünki displeylərin və yarımkeçiricilərin istehsalı üçün bir sıra mühüm materiallar (məsələn hidrogen flüorid, polimid və s.) məhz Yaponiyadan gətirilir”.

Rövşən Ağayev iki ölkə arasında münasibətlərin kəskinləşməsinə səbəb C.Koreyanın Yaponiyadan kompensasiya tələb etməsinin olduğunu bildirib.

“Pul tələbi 1910-1945-ci illərdə Yaponiya müstəmləkəsi dövründə vətəndaşları ağır və alçaldıcı əməyə cəlb etməsinə görədir.

Yaponiya tərəfi isə iddia edir ki, 1965-ci ildə bağlanmış sazişlə bu məsələ üçün 500 milyon dollar artıq ödənib.

Dünya iqtisadiyyatı çox mürəkkəb və qeyri-müəyyən mərhələni yaşayır. Ümumiyyətlə, böyüklər vuruşanda həmişə kiçiklər əziyyət çəkir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ