SON DƏQİQƏ

Büdcəyə necə qənaət etmək olar?

Tarix:

30-07-2019, 18:34

/ 994 dəfə oxundu.
Büdcəyə necə qənaət etmək olar?

Gəlirlərin sabit qaldığı lakin, ərzaq və kommunal xidmətdə haqlarının artımı insanları necə qənaət edə biləcəklərini düşünməyə məcbur edir. Bəs qənaətə hardan başlamaq lazımdır?
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, qənaətə xidmət sektoruna xərclənən vəsaitədən başlamaq lazımdır:
 
"İlk növbədə daha vacib xərclər ödənilməlidir. Xarici ölkələrə səyahət və əlavə geyimə xərclənən pula qənaət edilməlidir. Aşağı gəlirli vətəndaşlar üçün qənaət etmək imkanı olduqca məhduddur. Qənaət daha çox orta gəlirli insanlara aiddir. Xərclərə fəqli yanaşma ortaya qoyulmalıdır. Böyük Britaniya təcrübəsi göstərir ki, qənaət üçün ailə büdcəsinin planlaşdırılması vacibdir. Hər bir ailə büdcəsinin planlaşdırılmasını aparmalıdır. Belə halda xərclərin istiqamətləri, nələrə qanaətin edilməsinin mümkünlüyü ortaya çıxır”.
Ekspert qənaətin psixoloji faydalarından da danışıb: 
"Minimum istehlak səbətinə uyğun ərzaqlar alınmalıdır. Qənaət etmək istəyən şəxs restoranlarda, kafelərdə deyil, evdə nahar etməlidir. Evdə yemək bişirilməsi qənaətə imkan verir. Geyim xərclərinə qənaət olunmalıdır. Geyim məhsulları uzun müddət istifadə edilə bilər. Lakin elə xərclər var ki, onlar qənaət etmək doğru deyil. Təhsil, səhiyyə xərcləri bu sıradandır. Yalnız vacib olan xərclərin reallaşması daha önəmlidir. Bunun reallaşması hesabına pula qənaət etmək mümkün olacaq”.
скачать dle 12.1

Şərhlər