SON DƏQİQƏ
» » Məhsul bol, qiymət baha, səbəb nədir? – EKSPERTDƏN AÇIQLAMA

Məhsul bol, qiymət baha, səbəb nədir? – EKSPERTDƏN AÇIQLAMA

Tarix:

26-07-2019, 08:44

/ 2 971 dəfə oxundu.
Məhsul bol, qiymət baha, səbəb nədir? – EKSPERTDƏN AÇIQLAMA

"İdxaldan asılılıq və bazarın liberal olmaması ölkəmizdə bol məhsul fonunda belə qiymətlərin baha olmasına gətirib çıxarıb”.

 

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda məhsul bolluğuna rəğmən qiymətlərin yüksəlməkdə davam etməsinə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib.

 

Onun dediyinə görə, bolluğa baxmayaraq bazarlarda qiymətlərin baha olmasına müxtəlif faktorlar təsir edir:"Gündəlik tələbat mallarının strukturuna baxsaq, görərik ki, onların mütləq əksəriyyəti idxal olunan mal və məhsullardır. Yerli istehsal olunan məhsulların böyük qismi də xammal baxımından idxaldan asılıdır.Faktiki bazarda baş verən qiymət dəyişikliyi də məhsulun maya dəyərini formalaşdıran əsas faktordur. Yəni bazarda bolluğun olmasından asılı olmayaraq prosesə məhsulun maya dəyəri ciddi təsir göstərir. Məhsullar maya dəyərinin üzərinə mənfəət norması əlavə edilməklə bazarlara təklif olunur”.

 

 

Həmsöhbətimiz onu da qeyd etdi ki, bazar liberal deyilsə, mal və məhsulun bol olması qiymət siyasətində heç nəyi dəyişmir: "Burada digər amil ondan ibarətdir ki, Azərbaycanda bazar liberal deyil. Bir çox məhsulların idxal və istehsalçıları öz sferalarında müəyyən inhisarçılıq elementlərini formalaşdıra biliblər. Məhz buna görə də bazarda adətən qiymətlər diqtə olunaraq formalaşır. Eyni zamanda son dövlər pərakəndə ticarət şəbəkələrinin fəaliyyətində də ciddi inhisarlaşma gedir. Burada böyük supermarketlər şəbəkəsi formalaşır və onlar rəqiblərini sıradan çıxarmaqla qiymətləri diqtə edirlər. Bütün bunlar son nəticədə bolluğa rəğmən qiymətlərin yüksək olmasını şərtləndirən başlıca faktorlardır. Yəni bazar liberal olmadığı təqdirdə məhsulların bol olması nəyisə dəyişmir. Çünki onu təklif edən tərəf rəqabət mühiti olmadan fəaliyyət göstərir və nəticədə o öz qiymət siyasətində diqtə etmək imkanı əldə edir”.

  

Qeyd edək ki, Azərbaycanda bazar və supermarketlərdə bolluq hökm sürür, burada hər çeşidli mallara rast gəlmək olar. Ancaq bolluğa baxmayaraq, qiymətlər ifrat dərəcəsə yüksəkdir və daim bahalaşır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ