SON DƏQİQƏ

SOCAR Pakistana neft məhsulları ixrac edəcək

Tarix:

16-04-2019, 12:16

/ 10 334 dəfə oxundu.
SOCAR Pakistana neft məhsulları ixrac edəcək

“SOCAR Trading” şirkəti Pakistana ilə bir milyon tondan çox həcmdə neft məhsullarının tədarükünü nəzərdə tutan uzunmüddətli müqavilə bağlamağa hazırlaşır.

Bu barədə Trend-ə “SOCAR”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov məlumat verib.

“İlkin - 100 milyon dollarlıq neft məhsulları partiyası üçün kredit xətti açılacaq. Nəticədə, SOCAR Pakistanı neft və neft məhsulları ilə təchiz edən ikinci ən uzunmüddətli tədarükçü olacaq”, - deyə Əhmədov bildirib.

Qeyd edək ki, bundan əvvəl Pakistan Nazirlər Kabinetinin iqtisadi əlaqələndirmə komitəsi Azərbaycanla SOCAR arasında yanacaq tədarükü ilə bağlı müqaviləni təsdiqləyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ