SON DƏQİQƏ

Sosial Fondun gəlirləri artıb - Nəyin hesabına?

Tarix:

12-04-2019, 12:09

/ 10 281 dəfə oxundu.
Sosial Fondun gəlirləri artıb - Nəyin hesabına?

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1 276,8 mln. manat olub.

GunAz.az xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə, 27,7% və ya 276 mln. manat çoxdur. 

“Artım nəyin hesabına baş verib?” sualına cavab olaraq, nazirlikdən bildirilib ki, işləyən əhalinin sosial sığorta sistemində iştirak səviyyəsi artıb, nəticədə, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 12,9% artıb və 573,5 mln. manata çatıb. Bu, manatla ifadədə 65,3 mln. manat artım deməkdir. 

“Qeyri-büdcə sektoru üzrə daxilolmaların artırılması da diqqətdə saxlanılır. Həmin istiqamətdə görülən işlərin nəticəsi olaraq, Fondun həmin sektordan daxil olan sosial sığorta haqları cari ilin ilk rübündə 367,1 mln. manat olub. Bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,1% və ya 42,6 mln. manat çoxdur”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, nazir Sahil Babayev açıqlamasında əmək müqavilələrinin sayında artım olduğunu vurğulamışdı. Çünki 2019-cu ildən əksər sahələrdə xidməti müqavilələr əmək müqavilələri ilə əvəzlənməyə başlayıb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ