SON DƏQİQƏ
» » 8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb

8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb

Tarix:

10-04-2019, 20:56

/ 10 281 dəfə oxundu.
8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb

Bu günədək artıq 8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən GunAz.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş qanunla pensiya təyinatının 2019-cu il 1 yanvar tarixindən avtomatlaşırılmış rejimdə həyata keçirilməsi sosial təminat sistemində proaktiv xidmətə keçid istiqamətində ilk mühüm addımdır.

GunAz.az-ın məlumatına görə, bununla da pensiya yaşına çatmış şəxslərin heç bir sənəd toplamadan və heç yerə müraciət etmədən pensiya hüquqları elə pensiya yaşı çatan gün reallaşdırılır və özlərinə də bu barədə e-qaydada məlumat göndərilir.

Eyni zamanda, fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınan pensiya yaşı çatmış şəxslərə 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı avtomatik hesablanır ki, bu da onların pensiya təminatı sistemi ilə əhatə olunmasına imkan verib.

скачать dle 12.1

Şərhlər