SON DƏQİQƏ
» » Kartofa gömrük rüsumu tətbiq edildi - Bir kiloqrama bir dollar

Kartofa gömrük rüsumu tətbiq edildi - Bir kiloqrama bir dollar

Tarix:

6-04-2019, 14:04

/ 10 328 dəfə oxundu.
Kartofa gömrük rüsumu tətbiq edildi - Bir kiloqrama bir dollar

Təzə və ya soyudulmuş kartofun Azərbaycana idxalına gömrük rüsumu tətbiq edilib.

GunAz.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac  gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Qərara əsasən, hər il mart, aprel, may, sentyabr, oktyabr və noyabr ayları üzrə təzə və ya soyudulmuş kartofun idxalı gömrük rüsumundan azad edilir.

Digər aylarda isə kartofun gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq olunur.

Dəyişikliyə əsasən, 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramına 1 dollar idxal gömrük rüsumu tətbiq olunacaq.

Mayın 31-dək isə Azərbaycandan xaricə ixrac olunacaq kartofun hər kiloqramına 2 dollar gömrük rüsumu qoyulacaq. 

N.SAFURA

скачать dle 12.1

Şərhlər