SON DƏQİQƏ

Azərbaycanda yumurta kəskin ucuzlaşdı

Tarix:

2-04-2019, 12:35

/ 10 360 dəfə oxundu.
Azərbaycanda yumurta kəskin ucuzlaşdı

Azərbaycanda yumurtanın qiyməti ucuzlaşıb. 

GunAz.az-ın məlumatına görə, hazırda marketlərdə yumurtanın qiyməti 7-9, 10-12 qəpik təşkil edir.

Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev GunAz.az-a açıqlamasında bildirib ki, bazarda yumurtanın qiyməti 10 gündür ucuzlaşıb:

“Bunun səbəbi odur ki, yumurtanın istehsalı artıb, tələbat isə azalıb. Bayramqabağı hamı yumurtanı iki-üç qat aldı. Bayramdan sonra isə tələbat azalıb. Tez xarab olan məhsul olduğu üçün marketlərdə qiymət ucuzlaşdırılıb ki, insanlar alsın”.

Aydın Vəliyev qeyd edib ki, yumurtanın yenidən bahalaşması gözlənilmir:

“Xaricdən ölkəyə gətirilən məhsullarda bahalaşma olarsa, o zaman marketdə qiymətlər də qalxa bilər”.

Qeyd edək ki, bundan əvvəl yumurtanın qiyməti 15-20 qəpik arasında dəyişirdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ