SON DƏQİQƏ
» » Azərbaycana gələn və ölkədən çıxan pul baratlarının həcmi artıb

Azərbaycana gələn və ölkədən çıxan pul baratlarının həcmi artıb

Tarix:

30-03-2019, 10:33

/ 10 277 dəfə oxundu.
Azərbaycana gələn və ölkədən çıxan pul baratlarının həcmi artıb

2018-ci ildə Azərbaycana göndərilən pul baratlarının həcmi 5,8% artaraq 1,1 mlrd.dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 5,4% artaraq 361,4 mln. dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, nəticədə pul baratları üzrə 718,3 mln. dollar həcmində müsbət saldo yaranıb.

Pul baratlarının həcminin formalaşmasına gəlincə, Azərbaycanın ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2,9 mlrd. dollarlıq kəsir, qeyri-neft sektoru üzrə isə 390 mln. dollarlıq profisit yaranıb.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 5,7 mlrd. dollar olub. Bunun 71,5%-i, yəni 4,1 mlrd.dolları Azərbaycandan xarici ölkələrə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini - 2,8 mlrd.dollarını beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (geriyə qayıdışı), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (358,1 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (488,2 mln. dollar) təşkil edir.

Qeyri-neft sektoru üzrə ilkin gəlirlər balansının profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə artması dövlət sektorunun idarəetmədən gəlirlərinin artması ilə əlaqədardır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ