SON DƏQİQƏ
» » Sahibkarlarla görüş: 380 minlik malım yandı, minlərlə borcum var - YENİLƏNİB

Sahibkarlarla görüş: 380 minlik malım yandı, minlərlə borcum var - YENİLƏNİB

Tarix:

29-03-2019, 11:24

/ 10 360 dəfə oxundu.
Sahibkarlarla görüş: 380 minlik malım yandı, minlərlə borcum var - YENİLƏNİB

“Diqlas” vergidə uçotda olan yeganə adam mənəm. Aylıq 400 manat icarə haqqı vermişəm.

GunAz.az xəbər verir ki, bu sözləri “Diqlas” ticarət mərkəzindəki yanğından zərər çəkən Sevinc Məmmədova İqtisadiyyat Nazirliyinin tərkibindəki komissiyada görüşü zamanı deyib.

Bildirib ki, yanğından sonra 30-35 min manat ziyan çəkib.

Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına zərərçəkənlərə güzəştli kreditlər və başqa ticarət mərkəzində yer təklif olunur.

Sahibkarlığa Yardım Fondunda kreditlər isə illik 4 faizdir.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov görüşdə deyib ki, kredit faizləri bundan da aşağı olacaq.

İlkin yardım üçün kompensasiyanın məbləği “Kapitalbank”da açılacaq kart hesabına köçürüləcək.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Diqlas”da zərər çəkən sahibkarları qəbul edib. 

Sahibkarlar malları, əsasən, Çindən, Türkiyədən, Dubaydan gətirdiklərini, ancaq həmin malların sənədlərinin olmadığını deyiblər.

Sahibkar Natiq Nurəddinov bildirib ki, 380 min manatlıq malı yanıb. Onun sözlərinə görə, Türkiyədəki fabrikə 20 min manat, Bakıda isə 60 min manat borcu var. 

N.Səfərov söyləyib ki, “Kapitalbank”da hesab açılacaq və ilkin maliyyə dəstəyi göstəriləcək. Sahibkarlığın İnkişafı Fondundan cüzi faizlə kredit ayrılacaq. 

Nazir müavini sahibkarlara “Diqlas” bərpa olunana qədər Sədərək və ya digər ticarət mərkəzində yer təklif edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ