SON DƏQİQƏ

Azərbaycan nefti bahalaşıb

Tarix:

12-03-2019, 23:56

/ 10 320 dəfə oxundu.
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 11-də 67,52 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 1,6 dollar/barel çoxdur.

Bu barədə GunAz.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 66,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,6 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 63,98 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,12 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 65,22 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 1,71 dollar/barel çoxdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ