SON DƏQİQƏ
» » Nazir Çində “Huawei” və “China Telecom”un rəhbərliyi ilə görüşüb

Nazir Çində “Huawei” və “China Telecom”un rəhbərliyi ilə görüşüb

Tarix:

28-02-2019, 12:42

/ 10 317 dəfə oxundu.
Nazir Çində “Huawei” və “China Telecom”un rəhbərliyi ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclasında iştirak etmək məqsədilə Çinin Pekin şəhərində səfərdədir. 

 

GunAz.az-a daxil olan məlumata görə, səfər çərçivəsində adıçəkilən komissiyanın həmsədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevlə birlikdə “Huawei” şirkətinin rəhbərliyi ilə görüş keçirilib. 

 

Görüş zamanı “Huawei” şirkətinin istehsalı olan və müxtəlif sahələri əhatə edən yeni texnoloji həllərin təqdimatı keçirilib, şirkətin Azərbaycanda mövcud fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, şirkətin Xəzər dənizinin dibi ilə ölkəmizdən Qazaxıstan və Türkmənistan istiqamətlərində fiber-optik kabel magistralının tikintisində mümkün iştirakı da müzakirə edilib. Qeyd edək ki, gələcəkdə magistral vasitəsilə Türkmənistan üzərindən Əfqanıstanın da internetə çıxışı təmin edilə bilər. 

 

Səfər çərçivəsində nazir Ramin Quluzadə “China Telecom” şirkətinin rəhbəri Yanq Jie ilə də görüşüb. Görüş zamanı sözügedən şirkətlə beynəlxalq telekommunikasiya sahəsində mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.

Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası bu gün keçiriləcək. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ