SON DƏQİQƏ
» » İsrail şirkəti Azərbaycanla çoxmilyonluq müqavilə imzaladı – “Jerusalem Post”

İsrail şirkəti Azərbaycanla çoxmilyonluq müqavilə imzaladı – “Jerusalem Post”

Tarix:

19-02-2019, 21:02

/ 10 257 dəfə oxundu.
İsrail şirkəti Azərbaycanla çoxmilyonluq müqavilə imzaladı – “Jerusalem Post”

İsrailin “Aeronautics Defense Systems” (ADS) şirkəti Azərbaycanla bir neçə milyon dollarlıq müqavilə imzalayıb.

GunAz.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

“Dəyəri 13 milyon dollar olan iki illik müqavilə “Orbiter” tipli dronları təmir etməyi nəzərdə tutur”, – qəzet yazır.
Qeyd olunur ki, 2017-ci ilin avqustunda mətbuatda Azərbaycanın İsraildən Pilotsuz Uçuş Aparatları (PUA) almasına dair informasiya yayılıb. Bildirilib ki, şirkətin əməkdaşları azərbaycanlı hərbçilərin tələbi ilə Dağlıq Qarabağda erməni mövqelərinə zərbə endiriblər. Daha sonra İsrail Müdafiə Nazirliyi “Aeronautics Defense Systems” şirkətinin Azərbaycana PUA satışına qadağa qoyub. Nəticədə 20 milyon dollarlıq müqavilə pozulub.
2018-ci ilin yayında İsrail Baş Prokurorluğu “Aeronautics Ltd” şirkətinin baş icraçı direktoru Amos Matana, baş icraçı direktorun müavini Meir Rizmoviçə, inkişaf üzrə direktoru Haim Hivaşara və marketinq direktoru David Qoldinə qarşı ittiham irəli sürüb.

KİV-də yayılan digər bir məlumata görə isə İsrail və Azərbaycan 2017-ci ildə silah tədarükünə dair 1,6 milyard dollarlıq müqavilə imzalayıblar.

PUA-lardan əlavə İsrail Azərbaycana radarlar, tank əleyhinə raketlər, qumbaraatanlar, gecə görmə qurğuları da satır.(Teleqraf)

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ