SON DƏQİQƏ

İran diri heyvan idxalına icazə verib

Tarix:

17-01-2019, 10:38

/ 10 278 dəfə oxundu.
İran diri heyvan idxalına icazə verib

İranın Baytarlıq Təşkilatı ölkənin ət və ət məhsullarına tələbatını təmin etmək üçün diri heyvan idxalına icazə verib.

GunAz.az bildirir ki, bunu İranın kənd təsərrüfatı nazirinin müavini və Baytarlıq Təşkilatının sədri Əlirza Rəfiipur deyib.

Onun sözlərinə görə, İranın bir ildə ətə ehtiyacı 100-150 min tondur. Yerli istehsal isə istehlaka cavab vermir.

Rəfiipur əlavə edib ki, bu istiqamətdə Avstraliya, Yeni Zelandiya və Braziliya kimi ölkələrdən xırdabuynuzlu heyvanların (qoyun və keçi) idxalı nəzərdə tutulub:

"İrana diri heyvan idxalı yeni layihədir. Bu layihənin icrası ticarət və iqtisadiyyat baxımından Buşehr vilayətinə böyük köməklik göstərə bilər".

Nazir müavininin sözlərinə görə, qısa müddət ərzində 5 min baş xırdabuynuzlu heyvan Rumıniyadan təyyarə ilə İranın Əlborz vilayətinin Kərəc şəhərinə idxal ediləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ