SON DƏQİQƏ

Azərbaycanın dərmana xərclədiyi pul artıb

Tarix:

18-12-2018, 19:02

/ 10 295 dəfə oxundu.
Azərbaycanın dərmana xərclədiyi pul artıb

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 15 min 451 ton əczaçılıq məhsulları idxal olunub.

GunAz.az xəbər verir ki, bunun üçün Azərbaycan xarici dərman şirkətlərinə 266 mln. 826,67 min dollar ödəyib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, dava-dərmanın idxalda xüsusi çəkisi 2.59% təşkil edir.

Qeyd edək ki, 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 228 mln. 328,55 min dollar dəyərində 14 min 259,35 ton əczaçılıq məhsulu gətirlmişdi. Beləliklə, 2018-ci ilin ötən on bir ayında bu məhsulların ölkəyə idxalına çəkilən xərc 16,8% artıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ