SON DƏQİQƏ
» » Rövnəq Abdullayev: Milliləşdirilmə öhdəlikləri yerinə yetirilib

Rövnəq Abdullayev: Milliləşdirilmə öhdəlikləri yerinə yetirilib

Tarix:

5-12-2018, 18:15

/ 10 308 dəfə oxundu.
Rövnəq Abdullayev: Milliləşdirilmə öhdəlikləri yerinə yetirilib

Bu gün SOCAR və “BP-Azərbaycan” şirkətinin dəstəyi ilə “Neft sənayesində milliləşdirmə strategiyası”na həsr olunmuş tədbir keçirilib. 

GunAz.az-ın xəbərinə görə, tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycanda fəaliyyət göstərən neft-qaz sektorunun milliləşdirilmə öhdəlikləri yerinə yetirilib və göstəricilər çox yüksəkdir.

Onun sözlərinə görə, hazırda BP şirkətində işçi heyətinin 90 faizi yerli kadrlardan ibarətdir: 

“Yerli əmək bazarında müasir bilik və bacarıqlara sahib olan milli kadrların yetişdirilməsi üçün görülən işlər uğurlu nəticələrini verdi. Hazırda Bakı Ali Neft Məktəbini bitirən məzunların 100 faizi də işlə təmin olunur. Onlardan bir çoxu xaricdə çalışır. Əminəm ki, milliləşdirmə strategiyasının yekun nəticələri sayəsində xaricə daha çox kadr göndərə biləcəyik. 

Hədəf neft-qaz sektorunun inkişafında yerli kadrların inkişaf potensialını daha da yüksəltməkdir”. 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns qeyd edib ki, qarşıya qoyulan hədəfə nail olduqları üçün qürur duyur:

“Azərbaycanın neft-qaz sənayesi üçün regional insan resursları qovşağına çevrilməsində  iştirakımızı bundan sonra da dəstəkləyəcəyik”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ