SON DƏQİQƏ

90 günlük “atəşkəs” nefti bahalaşdırdı

Tarix:

3-12-2018, 10:05

/ 10 414 dəfə oxundu.
90 günlük “atəşkəs” nefti bahalaşdırdı

ABŞ və Çinin “ticarət müharibəsini” təxirə salmaları ilə əlaqədar bəyanatlarından sonra neft bahalaşmağa başlayıb.

GunAz.az xəbər verir ki, “Brent” nefti 4,8% bahalaşaraq, 62,30 dollara, ABŞ xam nefti olan “White” isə 53,56 dollara satılır. 

Qeyd edək ki, ötən həftə “Brent” neftinin qiyməti 58 dollar, ABŞ neftinin qiyməti isə 49 dollara düşmüşdü.

Məlumat üçün bildirək ki, Çin və Birləşmiş Ştatlar ən azı 90 gün ərzində bir-birinə əlavə ticarət tarifləri tətbiq etməyəcəklərini bəyan ediblər. Bu isə neft alıcılarını aktivləşdirib və nəticədə, neftin qiyməti artıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ