SON DƏQİQƏ

Masallıda DAİM açıldı

Tarix:

27-11-2018, 20:43

/ 10 348 dəfə oxundu.
Masallıda DAİM açıldı

Bu gün Masallıda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzinin ( DAİM) açılışı olub. 

GunAz.az xəbər verir ki, mərkəzin açılışında kənd təsərrüfatı naziri İnam Kərimov iştirak edib. 

O bildirib ki, məqsəd bütün kənd təsərrüfatı xidmətlərinin vahid bir mərkəzdən göstərilməsidir 

“Mərkəzdə Kənd Təsərrüfatı Nazirliyinin 68 xidməti təqdim olunur. Əsas məqsəd fermerlərə və kəndlilərə xidmət göstərməkdir. Sloqanımız da belədir: daim xidmətinizdəyik”. 

Nazir həmçinin əlavə edib ki, 3 il ərzində 10 minə yaxın könüllülərdən ibarət proqramın icrası planlaşdırılır: 

“Hər bir DAİM mərkəzində könüllülər fəaliyyətə başlayıb. Onların məqsədi yerlərdə fermerlərə dəstək olmaqdır. “Aqrar sığorta haqqında” qanun layihəsi müvafiq qurumlara təqdim edilib”.

скачать dle 12.1

Şərhlər