SON DƏQİQƏ
» » Nazir: Pensiya sahəsində inqilabi bir dəyişiklik olacaq

Nazir: Pensiya sahəsində inqilabi bir dəyişiklik olacaq

Tarix:

27-11-2018, 18:50

/ 10 397 dəfə oxundu.
Nazir: Pensiya sahəsində inqilabi bir dəyişiklik olacaq

Növbəti ildən pensiyaya çıxacaq şəxslərə 25 il stajın verilməsi onların böyük əksəriyyətində pensiya təminatının yaranmasına imkan yaradacaq. Gələn il 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq. 73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək.

GunAz.az məlumat  verir ki, bunu Milli Məclisin (MM)  bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib

O bildirib ki, təqribən 38 min insanın aylıq gəliri 48 faiz, 45 min nəfərin pensiyaları isə 35 faiz artacaq: 

“Gələn ildən başlayaraq hər il pensiya təminatı avtomatlaşdırılmış şəkildə aparılacaq. Pensiya sahəsində inqilabi bir dəyişiklik olacaq. Bunlar gələn ildən pensiyaya çıxacaq şəxslərə aid olacaq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ