SON DƏQİQƏ

Vergilər naziri pensiyalardan DANIŞDI

Tarix:

27-11-2018, 13:25

/ 10 347 dəfə oxundu.
Vergilər naziri pensiyalardan DANIŞDI

“Əmək haqqı rəsmi əmək müqaviləsində gösətrilməməsi həmin şəxslərin pensiya hüququndan məhrum edilməsi deməkdir. Bu qanun layihəsinin qəbul edilməsi 100 minlərlə insanın pensiya hüquququnun bərpasına imkan yaradacaq”.

Bu sözləri vergilər naziri Mikayıl Cabbarov  Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik barədə çıxış edərkən deyib.

Nazir bildirib ki, statistika görə  2014-2016- illər ərzində müqaviləsiz işləyənlərin sayı artıb. 

“Bu ilin 10 ay ərzində 4100 pozuntu aşkar edilib və cinayət işi açılıb. Bu tədbirlər sahibkarda motivasiya yaramadığından istənilən effekti vermir. Bu problemin həlli üçün qeyri-rəsmi əmək haqqı məsələsini sıradan çıxartmaqdır.Bu qanun layihəsinin qəbulu əhalinin bank kreditlərinə çıxış imkanını genişləndirəcək. Qanunun qəbulu özəl sektorda 500 mindən çox insanın əmək haqqının artırılması anlamına gəlməməlidir, sadəcə mövcud əmək haqqının qanuniləşdirilməsidir”.

Nazir onu da vurğulayıb ki, Vergilər Nazirliyi tərəfindən sahibkarlığın  sadəcləşdirilmiş verginin 4 faizdən, 2 faizə endirilməsi kimi yeniliklər də təklif edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ