SON DƏQİQƏ
» » Azərbaycan Mərkəzi Bankı kripotvalyuta yaradacaqmı? - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı kripotvalyuta yaradacaqmı? - RƏSMİ

Tarix:

15-11-2018, 13:48

/ 10 422 dəfə oxundu.
Azərbaycan Mərkəzi Bankı kripotvalyuta yaradacaqmı? - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı öz kriptovalyutasını buraxmağı planlaşdırmır. 

GunAz.az xəbər verir ki bunu bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev deyib:

“Hazırda AMB blokçeyn texnologiyasını tətbiq edir, lakin kriptovalyutalara yanaşmamız konservativ olaraq qalır. İndi öz kriptovalyutamızın buraxılması məsələsi gündəmdə deyil”.

Onun sözlərinə görə, konservativ münasibətin səbəbi bu investisiya alətinin yüksək səviyyədə riskli olmasıdır.

“Kriptovalyutalar tənzimlənmir, burada çirkli pulların yuyulması imkanı, həmçinin müştərinin identifikasiyasının mümkün olmaması amili var. Yüksək səviyyəli risk bizi kriptovalyutalara konservativ yanaşmağa vadar edir”, - deyə  A.Quliyev bildirib. (oxu.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ