SON DƏQİQƏ

Albaniyada TAP-ın tikintisinə başlanıldı

Tarix:

19-10-2018, 20:44

/ 10 337 dəfə oxundu.
Albaniyada TAP-ın tikintisinə başlanıldı

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) boru kəmərinin dəniz hissəsinin inşası üzrə tikinti işlərinə başlanılıb.

GunAz.az xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, bununla bağlı keçirilən mərasimdə Albaniyanın Baş naziri Edi Rama, infrastruktur və energetika naziri Damian Gjiknuri, TAP-ın icraçı direktoru Luca Schieppati və digər rəsmi şəxslər iştirak edib.

Albaniyada TAP-ın 105 kilometrlik dəniz hissəsi üzrə mikrotunel üçün qazma işləri və boruların qaynağı üçün hazırlıqlara başlanıb. Boru kəmərinin bu hissəsinin inşası TAP-ın qrafikinə əsasən 2019-cu ildə həyata keçiriləcək.

Luca Schieppati deyib: “Bu, TAP layihəsinin başa çatdırılması və 2020-ci ildə istifadəyə verilməsi istiqamətində daha bir önəmli mərhələdir. TAP hazırda Avropada həyata keçirilən ən strateji və mühüm infrastruktur layihələrindən biridir. TAP yeni qaz mənbələri təqdim etməklə regionda enerji təchizatının təhlükəsizliyini artırır. Ümumiyyətlə, layihənin 80 faizdən çoxu tamamlanıb”.

TAP-ın layihə meneceri John Haynes bildirib ki, bu, Albaniyada belə miqyasda və böyüklüyünə görə ilk mühəndislik işidir. Polad borular dənizin altında ən müasir gəmilərlə qaynaq olunacaq. Qaynaq işlərindən sonra sınaqlar keçiriləcək. Boru kəməri dənizin 810 metrdən də çox dərinlikdəki hissəsindən keçəcək. 36 düymlük xəttin inşasında təxminən 9 min boru istifadə ediləcək.

TAP-ın Albaniya üzrə meneceri Malfor Nuri qeyd edib ki, TAP Albaniyadakı ən böyük xarici investisiyalardan biri olmaqla yanaşı, ölkənin ən mühüm enerji layihələrindəndir.

TAP-ın podratçısı İtaliyanın “Saipem” şirkəti dənizdəki tikinti işləri üçün təxminən 10 gəmidən istifadə edəcək.

Qeyd edək ki, sentyabrın əvvəlinə TAP-ın Yunanıstandan keçəcək 550 kilometrlik hissəsində marşrut xətti üzrə 540 kilometr ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Təqribən 538 kilometr boru xətt boyunca düzülüb və qaynaq edilib. 504 kilometr boru torpağa basdırılıb və təxminən 430 kilometr ərazi bərpa olunub. TAP-ın Albaniyadan keçən 215 kilometrlik hissəsinin demək olar ki, hamısı təmizlənib və qiymətləndirilib, həmçinin bütün borular marşrut xətti boyunca düzülüb. Boruların 205 kilometri qaynaqlanıb və onların təxminən 189 kilometri torpağa basdırılıb. Təqribən 145 kilometr ərazi bərpa olunaraq tamamilə əvvəlki vəziyyətinə gətirilib. TAP-ın Yunanıstan və Albaniya hissəsinin 756 kilometri, yəni 98 faizində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan başqa, iki ölkədə TAP-ın borularının 97 faizi qaynaq olunub. Həmçinin boruların təxminən 90 faizi xəndəyə endirilib. Yunanıstan və Albaniyada xəndəyin qazılması işləri 97 faiz yekunlaşıb. TAP-ın borularının 90 faizdən çoxu Yunanıstan və Albaniya ərazisindədir. Yunanıstan və Albaniya marşrutunun 80 faizində torpaq örtüyü bərpa edilib.

 

Albaniyada TAP-ın tikintisinə başlanıldı

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ