SON DƏQİQƏ

Avtomobillərin qiyməti ucuzlaşdı

Tarix:

18-10-2018, 13:21

/ 10 339 dəfə oxundu.
Avtomobillərin qiyməti ucuzlaşdı

İranda avtomobillərin qiyməti ucuzlaşıb. Xarici valyutanın müəyyən qədər ucuzlaşması, avtomobil bazarında da qiymətlərin aşağı düşməsinə səbəb olub.

GunAz.az xəbər verir ki, bunu İranın Avtomobil Satıcıları Birliyinin sədri Səid Mötəməni deyib.

Onun sözlərinə görə, ucuzlaşmaya baxmayaraq, bazar müştəri baxımından korluq çəkir.

Avtomobillərin qiyməti dolların ucuzlaşmasından sonra 3-9 min dollar, yerli avtomobillərin isə 500-3000 dollar arasında aşağı düşüb.

Bununla belə, Çin istehsallı avtomobillərin qiymətində 50 faiz artım müşahidə edilir.

İranda “Pride 111” markalı avtomobilin zavod qiyməti təxminən 5355 dollardısa, həmin avtomobilin bazar qiyməti 8571 dollar təşkil edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ