SON DƏQİQƏ
» » 200 manatlıq əsginazlar niyə dövriyyəyə buraxılmır?

200 manatlıq əsginazlar niyə dövriyyəyə buraxılmır?

Tarix:

20-09-2018, 09:41

/ 10 289 dəfə oxundu.
200 manatlıq əsginazlar niyə dövriyyəyə buraxılmır?

Mərkəzi Bank 200 manatlıq əsginazları iqtisadiyyatın mövcud durumuna görə nağd vəsaitləşmədə ehtiyac olduğu zaman tədavülə buraxa bilər.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Cəfər İbrahimli 200 manatlıq əsginazların dövriyyədə aktiv olmaması məsələsinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, bu əsginazlar ehtiyat kimi Mərkəzi Bankda saxlanılır:

“Əksər vaxt vəsaitlərin emissiya olunmuş pulların bir hissəsi daimi olaraq Mərkəzi Bankda rezerv kimi saxlanılır. Mərkəzi Bank hələlik irəliyə istiqamətlənmiş tədbir kimi, iqtisadiyyatın artması fonunda bu əsginazları dövriyyəyə buraxa bilər.

Əvvəlki illərlə müqayisədə rəqəmlərə baxsaq görərik ki, hazırkı dövrdə Mərkəzi Bankda yetərli qədər pul balansı var. Ona görə də indi 200 manatlıq əsginazların tədavülə buraxılmasına ehtiyac yoxdur”.

скачать dle 12.1

Şərhlər