SON DƏQİQƏ

Azərbaycan nefti bahalaşıb

Tarix:

11-09-2018, 23:28

/ 10 303 dəfə oxundu.
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 10-da 78,99 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,11 dollar/barel çoxdur.

GunAz.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 10-da 78,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,13 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 10-da 75,43 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,98 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 10-da 76,64 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,13 dollar/barel çoxdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ