SON DƏQİQƏ

Bitkoin möhkəmlənmək istəyir, amma qiyməti...

Tarix:

19-07-2018, 14:10

/ 10 329 dəfə oxundu.
Bitkoin möhkəmlənmək istəyir, amma qiyməti...

Dünyada ən populyar kriptovalyuta olan bitkoin qiymətini sabitləşdirməyə çalışır.

GunAz.az xəbər verir ki,kriptovalyutanın son qiyməti iyunun 10-dan bu günə ilk dəfə olaraq 7 min dollar həddini bir qədər keçib.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 1,51% ucuzlaşaraq 7,325 dollar təşkil edib.

Alternativ kriptovalyutalar da ucuzlaşıb. Belə ki, "Ethereum" 5,75% və ya 475,98 dollaradək ucuzlaşıb, "Ripple" 6,81% (0,48 dollara qədər), "Bitcoin Cash" 6,22% (816,37 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 286,3 milyard dollar təşkil edir və bunun 43,9 faizi bitkoinin payına düşür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ