SON DƏQİQƏ

Azərbaycanda avtomobil idxalı artırıldı

Tarix:

12-07-2018, 12:56

/ 10 362 dəfə oxundu.
Azərbaycanda avtomobil idxalı artırıldı

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən9 588 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) GunAz.az -a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 105 ədəd və yaxud 2,75 dəfə çoxdur.

Ölkəyə gətirilən avtomobillərin 60 ədədi və yaxud 0,6%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 8 485 ədədi və yaxud 88,5%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 978 ədədi və yaxud 10,2%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 65 ədədi, yaxud 0,7%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ötən ilin I yarısına nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 5 ədəd və yaxud 9,1%, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2,9 dəfə və yaxud 5 514 ədəd artıb, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 562 ədəd və yaxud 2,35 dəfə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 24 ədəd və yaxud 58,5% artıb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ