SON DƏQİQƏ

Azərbaycan nefti bahalaşıb

Tarix:

20-06-2018, 09:27

/ 10 257 dəfə oxundu.
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 18-də 75,42 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,43 dollar/barel çoxdur. Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 18-də 74,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,47 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 18-də 72,19 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,46 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 18-də 73,5 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,24 dollar/barel azdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ