SON DƏQİQƏ

Azərbaycanda bu məhsulların istehsalı artıb

Tarix:

16-06-2018, 14:31

/ 10 352 dəfə oxundu.
Azərbaycanda bu məhsulların istehsalı artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda kimya sənayesində istehsalın ümumi dəyəri 215 485,5 min manat təşkil edib.

Report Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, kimya sənayesində istehsalın həcmi ötən ilin müvafiq dövründən 0,8% azalıb.

Hesabat dövründə əsas kimya məhsullarından 26,1 min ton propilen (əmtəəlik 19,9 min ton), 49,1 min ton polietilen, 50,6 min ton etilen istehsal olunub. Propilen istehsalı illik müqayisədə 9,3% (əmtəəlik 9,6%), polietilen istehsalı 6,9%, etilen 6,8% artıb.

İlin beş ayında 10 377,6 min kubmetr azot (əmtəəlik 1 316,2 min kubmetr) 71,8 min ton yod, 2 182,8 min kubmetr oksigen (əmtəəlik 2 099,3 min kubmetr), 7 015,8 ton izopropil spirti, 20,2 min ton metanol, 3 805,0 ton lak-boya məmulatları istehsal edilib.

Yod istehsalı 7,4%, metanol istehsalı 71,3% azalıb, oksigen istehsalı 64,3%, azot istehsalı 12,5%, lak-boya məmulatlarının istehsalı 14,6%, izpropil istehsalı 8,1% artıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ