SON DƏQİQƏ

Altay diyarı Azərbaycandan iplik sap alacaq

Tarix:

21-05-2018, 11:52

/ 10 332 dəfə oxundu.
Altay diyarı Azərbaycandan iplik sap alacaq

Rusiyanın Altay diyarı Azərbaycandan iplik sap almaq niyyətindədir.

Gunaz.az  xəbər verir ki, bu barədə  "Report"-a Azərbaycan beynəlxalq qida sənayesi sərgisi və Azərbaycan beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Bakıda olan Rusiyanın Altay diyarı hökumətinin sədr müavini Viktor Meşeryakov bildirib.

Onun sözlərinə görə, "Lakasa-teks" şirkətinin nümayəndələri bu məqsədlə Bakıda olublar.

"İndi razılıqlar əldə olunub. Şirkət nümayəndələri 2012-ci ildə istifadəyə verilmiş toxuculuq zavodunda olublar. Onlar fabriki bəyəniblər. Hesab edirik ki, orada da saziş bağlanacaq və biz bu ipləri alacağıq", - V.Meşeryakov deyib.

скачать dle 12.1

Şərhlər