SON DƏQİQƏ
» » Bu il Azərbaycan elektrik enerjisinin ixracını 3 dəfəyə yaxın artırıb

Bu il Azərbaycan elektrik enerjisinin ixracını 3 dəfəyə yaxın artırıb

Tarix:

16-05-2018, 11:11

/ 10 312 dəfə oxundu.
Bu il Azərbaycan elektrik enerjisinin ixracını 3 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 47 mln. 303,79 min ABŞ dolları dəyərində 987 min 949,77 min kVt/saat elektrik enerjisi ixrac edib.

 

Gunaz.az xəbər verir ki, bu barədə “APA-Economics” Dövlət Gömrük Komistəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

 

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 600 543,32 min kVt/saat və ya 2,55 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 30 mln. 768,69 min dollar və ya 2,86 dəfə çoxdur.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 16 mln. 535,10 min dollar dəyərində 387 min 406,45 kVt/saat elektrik enerjisi ixrac edilib.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında elektrik enerjisinin ixracı Azərbaycanın ümumi ixracının 0,84%-ni təşkil edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ