SON DƏQİQƏ

Azərbaycanda yeni növ yanacaq istehsal ediləcək

Tarix:

25-04-2018, 21:52

/ 10 414 dəfə oxundu.
Azərbaycanda yeni növ yanacaq istehsal ediləcək

“SOCAR Methanol” şirkəti istehsalat xəttini genişləndirmək niyyətindədir.

Gunaz.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Bunu şirkətin direktoru Elnur Mustafayev deyib.

E.Mustafayev bildirib ki, hazırda “SOCAR Methanol” zavodunda texniki və analitik metanol istehsal olunur:

“Biz qısamüddətli perspektivdə əlavə dəyərin yaradılması üçün istehsal olunan məhsul xəttini genişləndirmək istəyirik. Söhbət həm də mühərrik yanacağı və formaldehid qismində metanol istehsalından gedir”.

Şirkət direktoru qeyd edib ki, metanol mühərrik yanacağı qismində avtomobillərdə və gəmilərdə istifadə oluna bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ