SON DƏQİQƏ

Azərbaycan bu ölkələrə yumurta ixrac edə bilər

Tarix:

19-04-2018, 07:40

/ 10 283 dəfə oxundu.
Azərbaycan bu ölkələrə yumurta ixrac edə bilər

Azərbaycan Rusiya və İrana yumurta ixracına başlamağı planlaşdırır.

Gunaz.az Trend-ə istinadən bildirir ki, bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.

Ş.Abdullayev bildirib ki, Azərbaycan əvvəllər özünü bu məhsulla tam təmin edə bilmirdisə, bu gün ölkədə istehsal olunan yumurta təkcə daxili tələbatın təmin olunmasına deyil, həm də ixracat üçün kifayət edir. İcraçı direktor həmçinin əlavə edib ki, Fond müasir quşçuluq fermalarının yaradılmasına böyük diqqət ayırır:

"Fəaliyyətə başladığı müddətdən Fond ümumi dəyəri 283,2 milyon manat olan 40 quşçuluq fermasının yaradılması üçün 138,4 milyon manat həcmində güzəştli kredit ayırıb".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ