SON DƏQİQƏ
» » Kür cayı üzərində dəmir yolu körpüsü istifadəyə verilib

Kür cayı üzərində dəmir yolu körpüsü istifadəyə verilib

Tarix:

13-04-2018, 09:40

/ 10 309 dəfə oxundu.
Kür cayı üzərində dəmir yolu körpüsü istifadəyə verilib

Azərbaycan dəmir yollarında geniş xarakter alan əsaslı dəyişikliklər uğurla davam etdirilir. Dünya nəqliyyat sisteminə inteqrasiya olunma istiqamətində böyük yeniləşmələrə imza atan dəmiryolçular tamamilə yeniləşmiş bir sahəni formalaşdırmaq əzmindədirlər.

Prezident İlham Əliyevin 31 iyul 2017-ci il tarxli Sərəncamına əsasən, Yevlax-Malay mənzilinin 253-cü kilometrində Kür cayı üzərində yerləşən metal dəmir yolu körpüsünün rekonsrtuksiyası işləri aparılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən məlumatına görə, körpünün əsaslı təmirdən sonra istifadəyə verilməsi mərasimi keçirilib. Mərasimdə "Azərbaycan Dəmir Yolları" QSC sədrinin birinci müavini Əlirza Süleymanov, sədrin müavini müavini Zaman Novruzov, Yevlax şəhər İcra Hakmiyyətinin başçısı Qoca Səmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, körpü 1927-ci ildə inşa edilib. 5 aşırımdan ibarətdir, ümumi uzunluğu 262, 77 metrdir. Körpünün aşırımlarının əsas elemetlərində (eninə və uzununa tirlərində) çatlar, qopmalar, metal lövhələrin korroziyadan yeyilməsi pərçim bərkidicilərində boşalma, aşırımlarda metal yorğunluğu əmələ gəlmiş, bununla da körpünün aşırımlarının çox hissəsində konstruksiya və elementlər dayanıqlılıq qabiliyyətini itirmişdir. Körpünün əsaslı təmiri zamanı aşırımlardan 4-ü yenidən qurulub, metal aşrım korroziyadan təmizlənib və rənglənib. Körpünün yenidən qurulması qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.

Körpünün sifarişçisi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, podratçı təşkilat isə "Körpübinatikinti" MMC-dir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ