SON DƏQİQƏ
» » SOCAR Methanol”analitik metanol istehsalına başlayıb

SOCAR Methanol”analitik metanol istehsalına başlayıb

Tarix:

24-02-2018, 15:37

/ 1 711 dəfə oxundu.
SOCAR Methanol”analitik metanol istehsalına başlayıb

 

SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol”MMC yeni sitehlak məhsulunun-analitik methanolun istehsalına başlayıb. SOCAR-dan bildirilib ki. Bununla da Azərbaycanın qaz-kimya sənayesində ilk dəfə olaraq son istehlak məhsullarının istehsalına start verilib.

   Gunaz.az xəbər verir ki, analitik metanoldan laboratoriyalarda kimyəvi reaktiv kimi istifadə edilir. Hazırda “SOCAR Methanol” MMC analitik metanolu alıcılara müxtəlif həcmli taralarda təqdim edir. Artıq bir neçə yerli şirkətlə müqavilələr bağlanıb və ilkin satış həyata keçirilib. Əlamətdar haldır ki, “SOCAR Methanol” MMC-nin istehsal etdiyi analitik metanol məhsulu SOCAR brendi altında “Made in Azerbaijan” markası ilə buraxılır. SOCAR daxili bazarla yanaşı Türkiyə, MDB və Qərbi Avropa ölkələrində fəaliyyət göstərən laboratoriyaları da analitik metanolla təmin etmək iqtidarındadır.Beynəlxalq standartlara əsasən təmizlik dərəcəsi 99,90 faizdən çox olan metanol, analitik metanol kimi istifadə edilə bilər. SOCAR-ın istehsal etdiyi məhsulun təmizlik dərəcəsi  99,98 faiz təşkil edir.Məhsulun keyfiyyəti həm daxili kimyavi laborotoriya və həm də beynəlxalq nüfuza malik olan təftiş şirkətləri tərəfindən mütəmadi yoxlamadan keçirilir.”SOCAR Methanol”MMC –nin baş direktoru Elnur Mustafayev bildirib :”Bu gün analitik metanol istehsalının başlanması ilə ölkəmizin emal sənayesində yeni bir səhifə açılır.Bu günə qədər SOCAR qaz-kimya sənayesində aralıq məhsullarını istehsal edirdisə, artıq bu sahədə son istehlak məhsulunun istehsalına da başlanmışdır. Bununlada SOCAR inteqrə olunmuş beynəlxalq şirkətə çevrilmək yolunda daha bir mühüm addım atır”. Qeyd edək ki, metanol zavodu 2013-cü ildən fəaliyyət göstərir. İllik maksimal istehsal gücü 650-700 min ton olan Metanol zavodunun tikintisi ilə Azərbaycanda qaz-kimya sahəsində ilk istehsal obyektinin əsası qoyulub. Zavodun qurulmasında “İCİ” firmasının aşağıtəzyiqli metanol istehsalı texnologiyası tətbiq olunur. İstehsal prosesində xammal kimi əsasən təbii qaz və su buxarında istifadə edilir. SOCAR son illərdə məhz neft qaz emalı və kimya sənayesinə qoyulan sərmayələri artıraraq Azərbaycan və dünya bazarında bir neçə böyük layihələrərin icrasına başlayıb. Azərbaycanda fəaliyyət göstərən “Azəri-kimya” İB cə “SOCAR Methanol” ilə yanaşı “SOCAR Polymer” “SOCAR Karbamit” zavodları bu ildən etibarən istismara veriləcək. Yeni zavodların fəaliyyətə başlaması və mövcud zavodların məhsul portfelli genişləndirilməsi SOCAR-IN zəncirini təkmilləşdirəcək. Azərbaycana əlavə gəlir qazandıracaq yeni iş yrlərinin açılması habelə milli iqtsadiyyatın şaxələndirilməsi baxımında mühüm tövhələr verəcək.

 

Topladı: Rauf İlyasoğlu  

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ