SON DƏQİQƏ
» » İranlı nazir: Azərbaycan avtomobil sənayesinin inkişafı üçün əlverişli məkandır

İranlı nazir: Azərbaycan avtomobil sənayesinin inkişafı üçün əlverişli məkandır

Tarix:

22-02-2018, 20:53

/ 1 309 dəfə oxundu.
İranlı nazir: Azərbaycan avtomobil sənayesinin inkişafı üçün əlverişli məkandır

Azərbaycan avtomobil sənayesinin və ehtiyat hissələri istehsalının inkişafı üçün əlverişli məkandır.

Gunaz.az xəbər verir ki, bunu Trend-ə ölkənin sənaye, mədənlər və ticarət naziri Məhəmməd Şəriətmədari deyib.

Nazir bildirib: “Mən hesab edirəm ki, bu sahələr Azərbaycanda inkişaf edə bilər”.

M.Şəriətmədari həmçinin Azərbaycanda tezliklə avtomobil istehsalı üzrə İran-Azərbaycan birgə müəssisəsinin açılacağına ümidvar olduğunu deyib.

Qeyd edək ki, bu ilin birinci rübündə Neftçala sənaye məhəlləsində İran-Azərbaycan birgə avtomobil zavodunun açılması gözlənilir. Müəssisənin həmtəsisçiləri "Iran Khodro" və "Azeurocar" şirkətləridir.

Bu zavodda "Dena", "Rana", "Soren", "Samand" avtomobil markaları, həmçinin "Peugeot"nun bir sıra modellərinin buraxılışı gözlənilir. Layihə 24 milyon manat dəyərləndirilir, zavodun illik gücü isə təqribən 10 min avtomobil təşkil edəcək. Gələcəkdə bu avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarükü planlaşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ