SON DƏQİQƏ
» » Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reyslər ləğv olundu

Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reyslər ləğv olundu

Tarix:

12-02-2018, 19:55

/ 1 236 dəfə oxundu.
Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reyslər ləğv olundu

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi "VİM-Avia" şirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini geri çağırıb.

Gunaz.az bildirir ki, Trend bu barədə qurumun Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokoluna istinadən məlumat verir.

Qeyd olunur ki, Moskva-Qəbələ, Moskva-Lənkəran və Moskva-Naxçıvan reysləri ləğv olunub.

İcazənin geri çağırılmasına səbəb müəyyən olunan müddətdə uçuşların həyata keçirilməməsi göstərilib.

Qeyd edək ki, "VİM-Avia" şirkəti ötən ilin oktyabr ayında borclarla əlaqədar müflis olduğunu elan etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ