SON DƏQİQƏ

AYİB Bakıya manatla kredit verəcək

Tarix:

4-02-2018, 10:34

/ 1 113 dəfə oxundu.
AYİB Bakıya manatla kredit verəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana milli valyutada kreditlər verməkdə davam edəcək.

Gunaz.az xəbər verir ki,  AYİB-in baş ofisindən Trend-ə verilən məlumatda qeyd olunub ki, bunun üçün müştərilər tərəfindən də maraq olmalıdır.

Bankdan bildirilib ki, AYİB əvvəlki kimi manat istiqrazlarının buraxılmasını hədəfləyir: “Azərbaycanın milli valyutasında istiqrazların buraxılması bizim məqsədlərimizdən biridir və biz müvafiq orqanlarla müzakirələrimizi davam etdiririk. Biz bazarı izləməliyik, çünki qərarımıza təsir göstərən bir çox xarici amil var”.

Əlavə olunub ki, hazırda istiqrazların buraxılışı üzrə dəqiq vaxt çərçivəsi yoxdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ