SON DƏQİQƏ

Azərbaycanın ən iri bankı avropalılara satılır

Tarix:

31-01-2018, 17:38

/ 1 237 dəfə oxundu.
Azərbaycanın ən iri bankı avropalılara satılır

Avropa yenidənqurma və inkişaf bankı (AYİB) Azərbaycan Beynəlxalq Bankında olan dövlət payının alınması ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparır.

Gunaz.az xəbər veririk, bu barədə Trend agentliyi AYİB baş ofisinə istinadən məlumat yayıb.

“Azərbaycan hökuməti ilə aparılan danışıqlarda, AYİB-in Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi prosesində iştirakı məsələsi müzakirə mövzusudur. Anlamaq lazımdır ki, bu baxılması, təsdiqlənməsi və gerçəkləşdirilməsi  müəyyən vaxt tələb edən kifayət qədər iddialı bir layihədir” - deyə agentliyin mənbəsi bildirib.

Bundan əvvəl AYİB prezidenti Suma Çakrabarti AYİB-nin Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyası və profilinin dəyişdirilməsinə yardım etməyə böyük məmnuniyyətlə  hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə, ABB korporativ idarəetmə sistemində islahatlar aparılsa,  AYİB    Azərbaycan Beynəlxalq Bankının səhmdarına çevrilməsinin mümkünlüyünü nəzərdən keçirəcək.  

Xatırladaq ki, bir həftə əvvəl, Beynəlxalq Bank xarici kreditorlar qarşısında götürdüyü borc öhdəliklərinin restrukturizasiyası müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edib.  Bank ona əlavə 180 gün möhlətin verilməsini istəyib.

скачать dle 12.1

Şərhlər