SON DƏQİQƏ

Yeni yaradılmış Agentliyə sədr təyin edildi

Tarix:

31-01-2018, 16:38

/ 1 002 dəfə oxundu.
Yeni yaradılmış Agentliyə sədr təyin edildi

Samir Əli Hüseyn oğlu Axundov Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi publik hüquqi şəxsinin İdarə Heyətinin sədri təyin edilib.

Gunaz.az-ın məlumatına görə, nazir Pərviz Şahbazov bu barədə əmr imzalayıb.

S.Axundov 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-1998-ci illərdə “İnformatika” elmi-istehsalat birliyində mühəndis və “Simko” Ticarət və Sənaye ASC-nin Energetika departamentində çalışıb. 1998-2018-ci illərdə "Siemens AG"-nin Azərbaycan nümayəndəliyinin enerji istehsalı və ötürülməsi departamentinin, daha sonra Nümayəndəliyin, "Siemens AG" Avstriyanın Azərbaycandakı Nümayəndəliyinin, "Siemens AG" Almaniyanın Azərbaycandakı filialının rəhbəri olub. “Alman- Azərbaycan” Biznes Assosiasiyasının sədri, “Alman-Azərbaycan” Ticarət Palatasının İdarə Heyətinin sədri kimi də fəaliyyət göstərib. Samir Axundov energetika üzrə fəlsəfə doktorudur.

Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi ölkə prezidentinin 22 dekabr 2017-ci il tarixli  fərmanı ilə yaradılıb.

скачать dle 12.1

Şərhlər