SON DƏQİQƏ

Bu il manat nə qədər bahalaşacaq? – Ekspert

Tarix:

4-01-2018, 11:53

/ 1 122 dəfə oxundu.
Bu il manat nə qədər bahalaşacaq? – Ekspert

Bu il manatın məzənnəsi daha çox neftin qiymətindən asılı olacaq.

Gunaz.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert 2018-ci ildə manatın dollara qarşı möhkəmlənə biləcəyi ilə bağlı ona ünvanlanan suallara aydınlıq gətirib:

“Maliyyə naziri manatın möhkəmlənməsi üçün təzyiqlərin olduğunu bildirib. Bu ay isə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar təşkilatı tərəfindən keçirilən sorğu və hazırlanan hesabatda Azərbaycan milli valyutasının kursunun dollara nisbətən 2018-ci ildə 1,59-dək yüksələcəyi qeyd olunmuşdu. Mərkəzi Bankın mövqeyi dəyişməyib: əgər qlobal şoklar baş verməzsə, o zaman 2018-ci ildə il manat dəyər itirməyəcək. Baş bankda bu şokların nə olduğu açıqlanmasa da, təbii ki, söhbətin neftin qiymətindən getdiyini təsəvvür etmək çətin deyil. Deməli, bu il manatın məzənnəsi daha çox neftin qiymətindən asılı olacaq. Amma iqtisadi baxımdan mövcud məzənnəni qoruyub saxlamaq daha məntiqi olardı. Son proseslər də göstərir ki, Mərkəzi Bank manatın yenidən kəskin möhkəmlənməsində maraqlı görünmür”.

İqtisadçının sözlərinə görə, baş bank üçün mövcud məzənnəni qoruyub saxlamaq daha prioritetdir:

“Əslində, hökumətə təqdim etdiyimiz təkliflərdə mövcud məzənnənin qorunub saxlanması və 2015-ci ildə hazırladığımız üçtərəfli mexanizm əsasında xarici valyutada kreditləri olan vətəndaşlarımıza bu il kompensasiyaların verilməsi öz əksini tapıb. Bu, bir tərəfdən, Azərbaycan qeyri-neft məhsullarının rəqabətqabiliyyətliliyinin qorunub saxlmasına gətirib çıxarar, digər tərəfdən isə problemli kreditlərin sağlamlaşdırılması, əhalinin banklara olan borc öhdəliyinin kəskin azaldılması baxımdan ciddi irəliləyişə səbəb olar. Builki məzənnəyə bir daha toxunsaq, manatın yenidən möhkəmlənməsi iqtisadiyyatın şaxələnməsi ilə bağlı prioritetlər baxımdan arzuolunan olmasa da, son qərarı Mərkəzi Bank deyəcək”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ