SON DƏQİQƏ
» » Qazaxıstanla əldə olunan razılığın icrasına başlanılıb

Qazaxıstanla əldə olunan razılığın icrasına başlanılıb

Tarix:

4-05-2017, 09:52

/ 2 908 dəfə oxundu.
Qazaxıstanla əldə olunan razılığın icrasına başlanılıb


 

Hər iki ölkənin irimiqyaslı idxal ehtiyaclarının qarşı tərəfin istehsal imkanları hesabına ödənilməsi imkanlarının öyrənilməsinə dair birgə işlərin görülməsi razılaşdırılıb.
Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı ölkə başçılarının son görüşü zamanı verilən tapşırıqların yerinə yetirilməsi məqsədilə Səfir Rəşad Məmmədov bu ölkənin milli iqtisadiyyat naziri Timur Suleymenovla görüşüb. Görüşdə prezident Nursultan Nazarbayevin ölkəmizə səfəri zamanı iqtisadi-ticari əlaqələrin inkişafının əsas müzakirə mövzularından olduğunu və ticarət dövriyyəsinin lazımi səviyyəyə çatdırılması məqsədilə konkret tapşırıqların verildiyi barədə danışılıb. Timur Süleymenov xalqlarımız arasında milli-mənəvi bağlar haqqında danışaraq Qazaxıstanın bütün sahələrdə Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib və möhkəm əsasa söykənən bu əlaqələrin qorunub saxlanılması üçün iqtisadi əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb. Rəşad Məmmədov qardaş ölkələr arasında əlaqələrin daima yüksək səviyyədə olacağından əminlik ifadə edib və qeyd edib ki, səfər zamanı N.Nazarbayevin ölkəmizin ən ali mükafatı olan "Heydər Əliyev” ordeni ilə təltif olunması Azərbaycan-Qazaxıstan münasibətlərinin yüksək səviyyədə olduğundan xəbər verir.
Görüşdə Milli İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq şəklində qeyd edilən tapşırıqların icrası ilə bağlı müvafiq işlərin görülməsinə dair razılıq əldə edilib. Bu xüsusda ikitərəfli ticarətin lazımi səviyyəyə çatdırılması ilə bağlı ölkə başçılarının göstərişinə əsasən hər iki ölkənin irimiqyaslı idxal ehtiyaclarının qarşı tərəfin istehsal imkanları hesabına ödənilməsi imkanlarının öyrənilməsinə dair birgə işlərin görülməsi razılaşdırılıb.
Görüş zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı səmərəli müzakirələr aparılıb. Bu baxımdan hazırda geniş vüsət alan elektron ticarətin imkanlarından istifadənin təşviq edilməsinin əhəmiyyəti vurğulanıb və ölkəmizdə qısa zaman öncə istifadəyə verilən Azexport portalının uğurlu faəliyyəti barədə söhbət açılıb. Həmçinin Azexport ilə Qazaxıstanın müvafiq portalı arasında qarşılıqlı əlaqənin yaradılmasının nəzərdən keçirilməsi razılaşdırılıb. Müzakirələr zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafının digər yolu kimi hər iki ölkənin böyük şəhərləri arasında əməkdaşlığın təşviq edilməsinin faydalı nəticələr verəcəyindən əminlik ifadə edilib. Bu baxımdan Şimkənt və Gəncə şəhəri arasında qarşılıqlı ticarət potensialının müəyyənləşməsi və müvafiq işgüzar dairələrin iştirakı ilə biznes forumların və ya ticarət missiyalarının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Fadil Paşayev

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ