SON DƏQİQƏ

SOCAR dünya nəhəngi ilə ortaq olur

Tarix:

26-04-2017, 16:01

/ 4 547 dəfə oxundu.
SOCAR dünya nəhəngi ilə ortaq olur

Bu gün Azərbaycan prezidenti ilə görüşdə bir sıra məsələləri müzakirə etdik. Onların sırasında ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı təşəbbüslər də var.
Bunu Bakıda səfərdə olan Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Ehtiyatlar naziri Xalid əl Falihi deyib.
Səudiyyə naziri qeyd edib ki, Azərbaycandakı filiz yataqlarının işlənməsi ilə bağlı məsələlər də gündəmdə olub.
Azərbaycanın Energetika naziri Natiq Əliyev isə deyib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var: "Bunlardan biri neft-qaz sahəsində əməkdaşlıqdır. Biz təklif etdik ki, SOCAR və "Aramco" şirkətləri Türkiyə bazarında ortaq çalışsın. Qaz hasilatı və neft-kimya sahəsində də əməkdşalığımız üçün böyük imkanlar görürəm".

GUNAZ.az

скачать dle 12.1

Şərhlər