SON DƏQİQƏ
» » "Şahdəniz-2" üzrə tikinti işlərinin 90%-dən çoxu yerinə yetirilib

"Şahdəniz-2" üzrə tikinti işlərinin 90%-dən çoxu yerinə yetirilib

Tarix:

29-03-2017, 17:26

/ 2 903 dəfə oxundu.
"Şahdəniz-2" üzrə tikinti işlərinin 90%-dən çoxu yerinə yetirilib

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi üzrə tikinti işlərinin 90%-dən çox başa çatdırılıb. 
"Report" xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə keçmiş regional prezidenti, hazırda isə BP-nin istehsal, transformasiya və karbon üzrə əməliyyat direktoru təyin olunan Qordon Birrel bu gün keçirilən brifində bildirib. 
O qeyd edib ki, bu ilin sonuna təbii qazın sistemə buraxılmasına başlanılacaq, testlər keçiriləcək: "Gələn il isə Azərbaycan qazı TANAP vasitəsilə Türkiyəyə, 2020-ci ilin əvvəlində isə TAP vasitəsilə Avropaya çatdırılacaq". 
BP rəsmisinin sözlərinə görə, "Şahdəniz" yatağının ikinci mərhələsi üçün 12 quyu qazılıb və bunlar yataqdan hasilata başlamağa və ixraca kifayət edir: "Qazılan 12 quyudan 3-ü artıq təmizlənib". 
O həmçinin deyib ki, Cənubi Qafqaz Boru kəməri üzrə Azərbaycan və Gürcüstanda ümumilikdə işlərin 93%-dən çoxu artıq başa çatdırılıb. İndiyədək "Şahdəniz" yatağının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəməri üzrə ümumilikdə 15 mlrd. dollardan çox sərmayə qoyulub.
"Şahdəniz" üzrə xərclərin yekun investisiya qərarı veriləndən az olması üçün çalışırıq. Qarşıda bahalı işlər də var. Biz indyədək qarfiki qabaqlamışıq və büdcəni azaltmağa müvəffəq olmuşuq", - deyə Q. Birrel qeyd edib.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ