SON DƏQİQƏ
» » Azərbaycanda multimilyonçuların sayı kəskin artacaq - HESABAT

Azərbaycanda multimilyonçuların sayı kəskin artacaq - HESABAT

Tarix:

3-03-2017, 09:34

/ 6 292 dəfə oxundu.
Azərbaycanda multimilyonçuların sayı kəskin artacaq - HESABAT

MDB-də sərvəti 30 mln. dollardan çox olan multimilyonçuların sayı 2006-cı ildən 2016-cı ilədək 30%-dən çox artaraq 3 230 nəfərə çatıb.  Bu barədə "Knight Frank" şirkətinin hesabatında deyilir.

Bildirilir ki, hesabat dövründə yalnız Rusiyada multimilyonçuların sayı 31% artaraq 2 750 nəfər təşkil edib. Şirkətin proqnozlarına əsasən, 2016-2026-cı illərdə Rusiyada sərvəti 30 mln. dollardan çox olan multimilyonçuların sayı 60% artaraq 4 440 nəfər təşkil edəcək. Qeyd edilən dövr ərzində sərvəti 10 mln. dollar olan şəxslərin sayı 60% artaraq 9 680 nəfərə çatacaq.

Şirkətin analitikləri proqnozlaşdırır ki, MDB-də sərvəti 30 mln. dollardan çox olan şəxslərin sayı 2026-cı ilədək 60% artaraq 5 170 nəfər təşkil edəcək. "Bundan sonrakı 10 il ərzində MDB-dəki multimilyonçuların sayı 60% artacaq. Azərbaycan və Qazaxıstan artım tempinə görə Rusiyaya çatacaq. Beləliklə, regionda multimilyonçuların sayı 5 170 nəfərə çatacaq", - deyə sənəddə qeyd edilib.

2016-cı ildə Rusiyadakı dollar milyarderlərinin sayı 83 nəfər olub. Şirkət 2026-cı ilədək Rusiyadakı milyarderlərin sayının 133-ə çatacağını proqnozlaşdırır. Ümumilikdə növbəti 10 ildə MDB-dəki milyarderlərin sayının 90-dan 144-ə çatacağı gözlənilir.(APA)

Gunaz.az
скачать dle 12.1

Şərhlər