SON DƏQİQƏ

Azərbaycan bal ixracına başlayıb

Tarix:

4-02-2017, 14:04

/ 4 196 dəfə oxundu.
Azərbaycan bal ixracına başlayıb

"Azərbaycan balı ərəb ölkələrində bəyənilib. Bu ildən etibarən Azərbaycandan həyata keçirilən ixrac missiyaları çərçivəsində ilk sifariş Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyindən irəli sürülüb".
Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
"Düzdür, Azərbaycanın təbii potesialına görə hazırda ölkədə kifayət qədər bal istehsal edilmir. Bununla belə, ixrac imkanlarını da nəzərdən keçiririk. "Made in Azerbaijan" brendinin təşviqi çərçivəsində iki ixrac missiyasında iştirak etmişik. Biz Dubay və Almaniya bazarlarında Azərbaycan balına olan tələbatı araşdırmaq niyyəti ilə bu səfərlərə yollanmışdıq. Artıq Dubaya bal idxalına dair sifariş qəbul etmişik", - deyə B.Həsrətov əlavə edib.
Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycandan Yaponiyaya 6 ton bal ixrac edilib.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ