SON DƏQİQƏ

Səudiyyə Ərəbistanı nefti bahalaşdırdı

Tarix:

2-02-2017, 20:12

/ 4 876 dəfə oxundu.
Səudiyyə Ərəbistanı nefti bahalaşdırdı

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı ABŞ, Avropa və Asiya alıcıları üçün neftin qiymətini artırıb.
Bu barədə "Bloomberg"in "Saudi Aramco" Dövlət Neft Şirkətinin materiallarına istinadən yaydığı məlumatda bildirilir.
Belə ki, "Arab Light" markalı neftin qiyməti asiyalı alıcılar üçün 30 faiz qaldırılıb.
Eləcə də xammalın bütün növləri ABŞ, Avropanın şimal-qərbi, Aralıq dənizi ölkələri və Asiyada bahalaşıb.
Qeyd edək ki, "Brent" markalı neftin qiyməti bu gün 0,7 % artaraq 57,20 dollardan satılır.
WTI isə 0,54 % bahalaşaraq 54,17 dollardan təklif edilir.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ