SON DƏQİQƏ

Bu ilin ilk ixrac missiyası Almaniyaya gedir

Tarix:

23-01-2017, 19:20

/ 4 867 dəfə oxundu.
Bu ilin ilk ixrac missiyası Almaniyaya gedir

Bu ilin ilk ixrac missiyası bu gün Almaniyaya gedir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, nazirlik tərəfindən "Made in Azerbaijan” brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edəcək.
Səfər çərçivəsində missiya iştirakçıları Almaniyanın Berlin şəhərində təşkil olunan ərzaq sənayesi, kənd təsərrüfatı və bağçılıq üzrə "Beynəlxalq Yaşıl Həftə 2017" sərgisini ziyarət edəcək, yerli distributorlarla, potensial müştərilərlə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcəklər.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ