SON DƏQİQƏ

Qızılın qiyməti xeyli bahalaşdı

Tarix:

23-01-2017, 17:10

/ 9 255 dəfə oxundu.
Qızılın qiyməti xeyli bahalaşdı

Dünya bazarında qızılın qiyməti 2016-cı il noyabrın 17-dən etibarən (1219 dollar/unsiya) ən yüksək həddə çatıb.
Buna səbəb ABŞ-ın yeni prezidentinin proteksionist iqtisadi qərarlar qəbul edəcəyi ilə bağlı investorların narahatlıq keçirməsi və risksiz maliyyə aktivlərinə yönəlməsi göstərilir. 
Qızılın qiymətinin artması həmçinin dolların məzənnəsinin azalması amili ilə dəstəklənir. Xatırladaq ki, əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsi son bir ayın maksimal həddinə çataraq 1,0750 olub. Məzənnənin bir qədər də artması gözlənilir. Bu da nəticədə qızılın bahalaşmasına gətirib çıxaracaq. 
"Əlbəttə, bu, müvəqqəti haldır. Qızılın qiymətinin ortamüddətli perspektivdə 1000 dollar/unsiyadan aşağı enəcəyi proqnozlaşdırılır", - deyə analitiklər qeyd edirlər.(Report)
Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ