SON DƏQİQƏ

Süd, ət, yumurta bahalaşıb

Tarix:

13-01-2017, 18:53

/ 8 291 dəfə oxundu.
Süd, ət, yumurta bahalaşıb

2016-cı ildə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2015-ci ilə nisbətən 2,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,9 faiz azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 3,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,0 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 2,5 və 1,5 faiz artıb.
Ay ərzində bitkiçilik məhsullarından buğda, arpa, kartof, xiyar, xurma, nar, naringi, armud, heyvanın istehsalçı qiymətində artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Dekabr ayında heyvandarlıq məhsullarından süd, mal əti, qoyun əti, yumurtanın istehsalçı qiyməti artıb, digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ